Moldova energetika və hidrologiya sahələrində fövqəladə vəziyyət rejimi tətbiq edib
Moldova parlamenti qazın bahalaşması təhlükəsi, habelə yanacaq və su tədarükündəki fasilələr səbəbindən energetika və hidrologiya sahələrində fövqəladə vəziyyət rejimi tətbiq edib.
"Report" xəbər verir ki, parlament iclası qanunverici orqanın saytında yayımlanıb.
"26 sentyabr 2026-cı ildən başlayaraq 60 gün müddətinə milli səviyyədə energetika və hidrologiya sektorlarında fövqəladə vəziyyət elan edilsin", - qərarda bildirilib.
Fövqəladə vəziyyət dövründə Böhranların İdarə Edilməsi üzrə Milli Komissiya respublikanın enerji resursları ilə fasiləsiz təchizatını təmin etmək məqsədilə qüvvədə olan normativlərdən kənara çıxan qərarlar qəbul edə biləcək. O, qiymətləri, tarifləri, aksizləri və digər rüsumları, həmçinin enerji resursları ilə bağlı öhdəlikləri dəyişdirə biləcək. Bundan əlavə, hakimiyyət orqanları enerji resurslarının və suyun istehlakını məhdudlaşdırmaq hüququ əldə edəcək.
Sentyabrın 25-dən etibarən respublikada iyul ayında Dnestr çayında suyun səviyyəsinin kəskin azalması və yanacaqdoldurma məntəqələrində dizel yanacağı qıtlığının yaranması fonunda tətbiq edilən enerji və hidrologiya sahələrində həyəcan rejimləri ləğv ediləcək. Moldovanın energetika naziri Dorin Junqietunun verdiyi məlumata görə, ölkəyə yanacaq tədarükü ilə bağlı vəziyyəti nisbətən sabitləşdirmək mümkün olub.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













