Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Far.Az xəbər saytı

Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN başçısı Yohan Vadeful ilə Ukrayna ətrafındakı vəziyyəti, eləcə də Moskva ilə Berlin arasında ikitərəfli münasibətləri müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin məlumatında deyilir.

Məlumata görə, almaniyalı nazir bu və digər məsələlər üzrə ölkə hökumətinin dəfələrlə açıq şəkildə ifadə etdiyi mövqeyi təsdiqləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN rəhbəri Yohan Vadeful ilə görüş keçirib.

"Far.Az" TASS-a istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü Ukraynada müharibənin başlanmasından bəri ilk dəfədir.

Bundan əvvəl Lavrov almaniyalı həmkarı ilə 2022-ci il yanvarın 18-də görüşüb, o vaxt bu vəzifəni Annalena Berbok tuturdu.

Məlumata görə, 20 dəqiqə davam edən görüşün təşəbbüskarı Almaniya tərəfi olub.

Müzakirələrin təfərrüatları açıqlanmır.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər