ABŞ-nin böyük şəhərlərində Zəfər Günü qeyd olunur
8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə ABŞ-nin beş böyük şəhərində eyni vaxtda məlumatlandırma aksiyası keçirilir.
Far.Az report-a istinadən xəbər verir ki, Vaşinqton, Nyu-York, Atlanta, Detroit və Boston şəhərlərinin mərkəzi küçə və meydanlarında Azərbaycanın tarixi qələbəsini əks etdirən LED ekranlı avtomobillər hərəkət edir.
Avtomobillərin LED ekranlarında "Cəsarət və qürurla 5 il", "Azərbaycanın qələbəsi – ədalətin zəfəri", "Azərbaycan qalib gəlib, ədalət qalib gəlib", "Qarabağda davamlı sülh üçün birlikdə", "Qarabağ – sülh və ümid diyarı", "Qafqaz üçün sülh və əməkdaşlıq", "Sülh xoşbəxtlik gətirir, xoşbəxtlik isə inkişaf", "Qələbə qəhrəmanlarını anırıq", "Qələbəni mümkün edənləri xatırlayırıq" kimi mesajlar yer alıb.
Həmçinin, avtomobillərdə işğaldan azad edilmiş şəhər və rayonların adları – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər və Laçın nümayiş olunur.
Vaşinqtonda Ağ Ev, Konqres binası – Kapitol, "Memorial" kompleksi, Nyu-Yorkda BMT-nin Baş Qərargahının qarşısı, Manhettanın mərkəzi küçələri, "Wall Street", "Financial District", Bruklin körpüsü və Tayms meydanı, Atlantada CNN binası, Detroitdə "Fox Theatre"-nin qarşısı, Bostonda isə şəhərin mərkəzi prospektlərində hərəkət edən avtomobillər yerli sakinlərin böyük marağına səbəb olub.
Aksiya Amerika-Azərbaycan Gənclər Federasiyası və Nyu-Yorkda yaşayan azərbaycanlı Nofəl Əliyevin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda Zəfər Günü ilə bağlı konsert keçiriləcək
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
-
Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
-
Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
-
Mətbuat Şurası: Azərbaycan jurnalistləri Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər
-
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI













