Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub
Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunub.
Far.Az report-a istinadən xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.
Cəbrayıl şəhəri, Cocuq Mərcanlı, Horovlu, Ağalı və Məmmədbəyli kənd sakinləri və digər qonaqların qatıldığı tədbirdə incəsənət xadimlərinin təqdimatında bəstəkar və xalq mahnıları səsləndirilib.
Sonra "Dərviş" qrupu repertuarındakı ən sevilən mahnılarını ifa edərək bayram konsertini tamamlayıb.
Şənlik boyu feys-art rəssamları uşaqların üzlərində müxtəlif şəkillər çəkərək bayrama əlavə rəng qatıblar.
Axşam saatlarında Cəbrayıl şəhəri, Ağalı və Məmmədbəyli kəndlərinin səmasında Zəfər Günü münasibətilə atəşfəşanlıq nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günel Bəhramqızına yüksək vəzifə verildi
-
Balakən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
-
Elman Nəsirovun qızı: "Atam heç bir yardım etmədi"
-
Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
-
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin "qara qutu"su tapılıb
-
Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir













