Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib
Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da böyük coşqu hissi ilə qeyd olunub.
Qeyd edək ki, Zəfər Günü münasibətilə həmçinin Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Konsertin sonunda atəşfəşanlıq olub.
*** 21:16
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd olunur.
Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Qalereya
*** 16:43
Bu gün Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə konsert olacaq.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək.
Konsertdə yerli və tanınmış sənətçilərin ifaları təqdim olunacaq.
İştirakçılar əyləncəli və yaddaqalan anlar yaşayacaqlar. Konsertin sonunda atəşfəşanlıq olacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Zəfər Günü münasibətilə Bakıda bayram konserti keçirilir
Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
"Qarabağ" FK sığınacaqdakı həmin azyaşlı azarkeşlə görüşəcək













