ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı yeni qərar qəbul edib.
Far.Az xəbər verir ki, 10 noyabrda keçirilən səsvermə nəticəsində hökumətin fəaliyyətinin 30 yanvar 2026-cı ilə qədər davam etməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Səsvermə prosesi C-SPAN kanalı vasitəsilə canlı yayımlanıb.
Qanun layihəsini Senatın 60 üzvü dəstəkləyib, 40 senator isə əleyhinə səs verib. Bu addım ABŞ hökumətinin rekord səviyyəyə çatan maliyyə böhranının qarşısını almağa yönəlib.
Sənədin növbəti mərhələdə Nümayəndələr Palatasında müzakirəyə çıxarılması gözlənilir. Aşağı palata da layihəni qəbul edərsə, sənəd imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri
Azərbaycanda 1 lirə 5 qəpikdən aşağı düşüb
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
"Qarabağ" FK sığınacaqdakı həmin azyaşlı azarkeşlə görüşəcək













