"Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılışı olub
Far.Az xəbər saytı

"Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılışı olub


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Far.Az-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zabit və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tədbirdə çıxış edən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından "leytenant" hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi leytenant Rahidə Şahverdiyeva tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər