Ekspert: Özbəkistan və Azərbaycanın ticarət dövriyyəsinin artırılması üçün potensialı var
Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət həcmlərinin artırılması üçün istifadə olunmamış böyük potensiala malikdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistanın Perspektiv Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Nərgiz Umarova jurnalistlərə açıqlamasında deyib.
"Şübhəsiz ki, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlərdə sürətli dinamika müşahidə olunur. Bu, təkcə nəqliyyat sahəsində deyil, həm də energetika və iqtisadi əməkdaşlıq sahəsində də özünü göstərir. Qeyd etmək istəyirəm ki, son 8 ildə biz qarşılıqlı ticarət dövriyyəmizi demək olar ki, səkkiz dəfə artırmışıq. Amma bu, hələ də nisbətən aşağıdır. Bizim istifadə olunmamış potensialımız və inkişaf etmək üçün imkanlarımız var", - o qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat sahəsində, xüsusilə də Azərbaycanın lokomotiv olduğu Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq üçün geniş potensial mövcuddur. "Faktiki olaraq bütün Mərkəzi Asiya ölkələrinin iştirak etdiyi bu layihədə Özbəkistan proaktiv mövqe tutur", - ekspert vurğulayıb.
N.Umarova hesab edir ki, Orta Dəhlizlə bağlı olan və Mərkəzi Asiya ölkələri və Çindən Cənubi Qafqaza və digər ölkələrə yük daşımalarının inkişafına yönəlmiş digər multimodal dəhlizlər də var.
Ekspert vurğulayıb ki, o, Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə etmək üçün bu yaxınlarda Azərbaycana və Gürcüstana səfər edib ki, bu da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı ticarət həcminin artırılması üçün imkanlar yaradacaq, həmçinin regionlarımızın tranzit potensialını artıracaq. "Məsələn, Avropa İttifaqı ölkələri və Çin regionlarımızın son dərəcə mühüm rol oynadığı quru daşımalarına indi getdikcə daha çox istiqamətlənir", - o əlavə edib.
N.Umarova vurğulayıb ki, son üç il ərzində Orta Dəhlizlə daşımaların həcmində artım müşahidə olunur – 2024-cü ildə artım 462 %, daşımaların həcmi isə 4,5 milyon ton təşkil edib.
Ekspert hesab edir ki, Azərbaycan və Özbəkistan Çin-Qırğızıstan-Özbəkistan nəqliyyat layihəsinin Xəzər dənizinə qədər genişləndirilməsi və Azərbaycanla birləşdirilməsi istiqamətində də əməkdaşlıq edə bilər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda falçı 74 min manatı necə alıb? - "7 yumurtaya 200 manat verdim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar" - Qərbi Azərbaycan Xronikası
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Misirdə ŞOK HADİSƏ: Qadın doqquz uşaq gözlədiyini öyrənib













