Qazaxıstanda dəhşətli YANĞIN: 9-u uşaq olmaqla 12 nəfər ÖLÜB
Far.Az xəbər saytı

Qazaxıstanda dəhşətli YANĞIN: 9-u uşaq olmaqla 12 nəfər ÖLÜB


Qazaxıstanın Türküstan vilayətində baş verən yanğında 9-u uşaq olmaqla 12 nəfər həyatını itirib.

Far.Az xəbər verir ki, bu məlumatı "KazTAG" agentliyinə vilayətin Fövqəladə Hallar Departamenti təsdiqləyib.

Məlumata görə, yanğın Jetısay rayonunun Alğabas kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində baş verib. Yanğınsöndürənlər hadisə yerinə çatdıqdan sonra evdə huşsuz vəziyyətdə olan 3 nəfəri aşkarlayıb və onları tibb əməkdaşlarına təhvil veriblər.

Bundan əlavə, içəridə 9 uşaq da daxil olmaqla ümumilikdə 12 nəfərin meyiti tapılıb.

Hazırda əraziyə cəlb edilmiş fövqəladə xidmətlər işini davam etdirir, faciənin başvermə səbəbləri araşdırılır.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev həlak olanların ailələrinə başsağlığı verib. Prezident Administrasiyasının məlumatına görə, hökumətə və Türküstan vilayətinin rəhbərliyinə faciədən zərər çəkən ailələrə bütün lazımi yardımın göstərilməsi və hadisənin səbəblərinin hərtərəfli yoxlanılması tapşırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İki türk dövlətinin əməkdaşlığı regional gücə çevrilir: Qazaxıstan və Azərbaycan birliyi - "Kaspi"nin ŞƏRHİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər