Çin niyə "zibil" alır? – Səbəb açıqlandı
Çində məişət tullantılarının həcmi azaldığı üçün ölkədə fəaliyyət göstərən tullantı-yandırma (waste-to-energy) zavodları xammal çatışmazlığı ilə üzləşib.
Far.Az xəbər verir ki, istehlakın azalması, əhalinin sayının düşməsi və tullantıların daha yaxşı çeşidlənməsi səbəbindən toplanan tullantı miqdarı artıq zavodların gücünü ödəmir. Buna görə də bəzi müəssisələr işləmək üçün tullantı poliqonlarını qazaraq illər əvvəl basdırılmış tullantıları çıxarmağa başlayıb.
Rəsmi məlumatlara görə, ölkədə 2022-ci ildə 333 milyon ton çöp yandırmaq mümkün olduğu halda, faktiki toplanan məişət tullantısı 311 milyon ton olub. Hazırda günlük yandırma gücü 1,1 milyon tonu keçir və bir çox müəssisə hazırkı tullantı həcmini emal edə bilmir.
Bəzi zavodlar illik 330 min ton gücə malik olsa da, cəmi 290 min ton çöp tapa bilir. Mütəxəssislər bildirir ki, əhali sayının azalması təbii olaraq tullantı miqdarının da azalmasına səbəb olur.
Eyni zamanda ekspertlər tullantı yandırma prosesinin sağlamlıq və ətraf mühit üçün risklərinə – kanserogen qazlara, ağır metal sızmalarına və uçucu kül kimi təhlükəli yan məhsullara – diqqət çəkir.
Çinin Ekologiya və Ətraf Mühit Nazirliyi açıqlayıb ki, tullantı-yandırma müəssisələrinin sürətli artımı artıq pik həddə çatıb və yeni zavodların tikintisi xeyli yavaşlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ölkədə tullantıların həcmi artıb – Ekoloqlar təhlükə barədə xəbərdarlıq edirlər
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə SU OLMAYACAQ
-
Alyona Əliyeva Lənkəranda Baytarlıq Klinikasının açılışı ilə bağlı paylaşım edib
-
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
-
Gəncədə yeniyetmə bıçaqlanıb
-
"Qarabağ"ın ÇL-dəki oyununa məşhur hakim təyin olundu
-
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB













