Hakan Fidan: "Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət edirik"
Far.Az xəbər saytı

Hakan Fidan: "Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət edirik"


"8 avqustda Vaşinqtonda Azərbaycan-Ermənistan sülh prosesi üzrə ortaya qoyulan iradə və Ermənistanla normallaşma prosesində əldə etdiyimiz irəliləyiş bölgədə çoxdan gözlənilən davamlı sülhə ümidləri gücləndirib".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan parlament komissiyasındakı çıxışı zamanı bildirib.

O, Azərbaycanla ikitərəfli və çoxtərəfli platformalarda müstəsna münasibətlərin davam etdiyini qeyd edib:

"Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, o cümlədən Qarabağın yenidən qurulması və dirçəldilməsi səylərində müttəfiqimiz Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət etməyə davam edirik", - deyə nazir vurğulayıb.

Fidan Ermənistanın Türkiyə və Azərbaycana qarşı konstruktiv yanaşmasını alqışlayıb:

"Biz ölkəmizlə münasibətlərin normallaşdırılması istiqamətində açıq və istəkli mövqe nümayiş etdirən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu, atıla biləcək konkret addımlar üzərində birgə səylərimizi səmimi şəkildə davam etdiririk. Türkiyə lap əvvəldən Cənubi Qafqazda sülhün bərqərar olması və bölgədə ortaq rifah məkanı yaratmaq üçün səy göstərir", - Fidan bəyan edib.

O xatırladıb ki, Azərbaycan və Ermənistan bu tarixi fürsətdən istifadə etməyə və sülh müqaviləsini mümkün qədər tez bağlamağa təşviq olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər