"TikTok" öz istifadəçilərinə süni intellekt kontentini tənzimləmək imkanı verəcək
Far.Az xəbər saytı

"TikTok" öz istifadəçilərinə süni intellekt kontentini tənzimləmək imkanı verəcək


"TikTok" sosial şəbəkəsi istifadəçilərinə onların lentlərində görünən və süni intellekt (Sİ) tərəfindən generasiya edilən kontentin həcmini tənzimləmək imkan yaradacaq.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "TikTok"un Mətbuat Xidməti yayıb.

Məlumata görə, sosial şəbəkə bir neçə həftə ərzində yeni funksiyanın sınaqlarına başlayacaq. İstifadəçilər neyron şəbəkələr vasitəsilə yaradılan və platformanın alqoritmləri tərəfindən təklif edilə biləcək materialların həcmini özləri tənzimləmək imkanı əldə edəcəklər. Bununla yanaşı, "TikTok" öz imkanları ilə generasiya edilmiş Sİ kontenti üçün "görünməz su nişanları" texnologiyasını tətbiq edir. Bu, materialın təkrar yüklənməsi və ya başqa proqramda redaktə edilməsi zamanı belə markalanmanın saxlanmasına kömək etməlidir. Məlumata görə, "TikTok" artıq 1.3 milyarddan çox buna bənzər videonu markalayıb.

Şirkət, həmçinin 2 milyon dollarlıq təhsil fondu yaradıb. Bu təşəbbüs çərçivəsində sahə mütəxəssisləri "TikTok"da Sİ-dən düzgün və təhlükəsiz istifadə haqqında materiallar hazırlayıb paylaşacaqlar.

Oxşar xəbərlər

Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər