Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkilərində öndədir
Rusiyanın Sankt-Peterburq şəhərinin hazırkı qubernatoru Aleksandr Beqlov protokolların 70,57 faizinin işlənməsinin nəticələrinə əsasən şəhər başçısının seçkisində səslərin 59,88 faizini toplayıb.
Bu barədə “Report” Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına isitnadən xəbər verir.
Protokolların 50,8%-nin işlənməsinin nəticələrinə əsasən, Aleksandr Beqlov səslərin 60,25%-ni toplayıb.
LDPR partiyasından namizədliyi irəli sürülmüş Maksim Yakovlev 19,05%, Pavel Braqin (yaşıllar) 11,1%, Sergey Malinkoviç (Rusiya kommunistləri) 7,75% səs toplayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda hərbçi ailəsində anadan olub. Beqlov səkkiz sinfi bitirdikdən sonra öncə peşə məktəbinə və daha sonra sənaye-pedaqoji texnikumuna daxil olub.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













