Ukraynada müharibənin başlanmasından danışarkən bəzən vacib məqamları yaddan çıxarırlar
Far.Az xəbər saytı

Ukraynada müharibənin başlanmasından danışarkən bəzən vacib məqamları yaddan çıxarırlar


"Ukraynada müharibənin başlanması haqqında danışarkən bəzən vacib məqamları yaddan çıxarırlar".

Bu sözləri hərbi şərhçi Ramil Məmmədli Far.Az-ə açıqlamasında bildirib.

"Belə bir fikir formalaşdırmağa çalışırlar ki, Ukrayan tərəfinin hər hansı bir səhv addımı olmamışdır. İstənilən halda Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə edəcəkdi. Bunun qarşısını almaq mümkün deyildi.

Ukraynada müharibənin başlanmasından danışarkən bəzən vacib məqamları yaddan çıxarırlar

Əslində isə vəziyyət tamamilə fərqlidir. Bleə ki, Ukraynada müharibənin başlanmasının kökündə məhz 2000-ci ilin əvvələrindən başlayaraq o zaman bu ölkəyə rəhbərlik edən şəxslərin reallığı nəzərə almayan siyasi gedişləri iki ölkə arasında münasibətləri gərginləşdirdi.

Daha uzağa getmək istəmirəm, 2013-cü il Maydah hərəkatı adlandırılan və o zamankı prezident Yanukoviçin devrilməsi ilə nəticələnən hadisəni yada salaq. Bu ABŞ başda olmaqla, Qərbin həyata keçirdiyi layihə idi.

Ötən illər ərzində Ukrayna ərazisində əvvəlcə Donetsk və Luqansk bölgəsində yerli rusların dəstəklədiyi seperatizm qüvvələri vəziyyəti dəyişdi. Nəticədə Rusiya nəzarəti öz üzərinə keçirdi. Bu müharibənin tarixi 2013-cü ilə dayanır. Həmin dövrdəki rəhbərlikdən sonra Ukrayna hökumətinə gələn şəxslər də hərbi vəziyyəti düzgün dəyərləndirmədilər", - deyə ekspert bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər