"NETTY 2025" nominantları müəyyən edir, səsvermə başlayıb
"NETTY" Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. 200-dan çox layihə təqdim olunub.
Noyabrın 24-dən dekabrın 5-dək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.
Müsabiqədə qələbəyə iddia edənlərin "NETTY 2025"in nominantlarının yekun siyahısı 6 dekabr tarixində elan ediləcək.
Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, "NETTY Akademiya"sı final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.
"NETTY 2025" qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.
Bu ilki mükafatı dəstəkləyənlər:
Baş tərəfdaş: NAR
Rəsmi tərəfdaş: "AzInTelecom" MMC
Tərəfdaşlar: AIM, "SmartHost", "Savalan", "AliNino", "Matrix Akademiyası", Online.az, "Renley"
Məlumat tərəfdaşları: Report.az, Infocity.tech, Technote.az, Oxu.az, "Каспий", Baku.TV, Baku.ws, Media.az, Radio Enerji, "Kazzımli Photography", "Sapunov Online", "ALR Medi"
Oxşar xəbərlər
NETTY 2024 nominantları müəyyən edir, səsvermə başlayıb
Azərbaycanın əsas rəqəmsal mükafatı "NETTY 2025" üçün müraciətlərin qəbulu davam edir
NETTY 2024 Azərbaycan Milli İnternet Mükafatı - qeydiyyat davam edir
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda binada yanğın başlayıb
-
"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
-
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
Bakıda 62 yaşlı kişi itkin düşüb
-
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinikanın direktoru həbs olunub
-
"İstefa verməmişəm" - Samir Abasov













