"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
Far.Az xəbər saytı

"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI


Rusiyada istifadəçilər "Yandex" şirkətinin bir sıra xidmətlərində ciddi nasazlıqların yarandığını bildiriblər.

Far.Az xəbər verir ki, hadisə barədə məlumat "Downdetecto"r platformasında yer alıb və orada çoxsaylı şikayətlər qeydə alınıb.

Məlumata görə, şikayətlər 24 noyabr səhər saat 09:00-dan etibarən daxil olmağa başlayıb. Xəbər yayılarkən "Downdetector" yüzdən çox müraciət qeydə alıb.

Ən çox problem "Yandex Pay" xidmətində müşahidə olunur - istifadəçilər ödəniş və köçürmələr zamanı çətinliklərlə üzləşiblər. Bundan başqa, "Yandex Taksi" və şirkətin digər tətbiqlərində də nasazlıqlar yaşayanlar olub.

Problemin "Yandex Cloud" bulud infrastrukturunda baş verən texniki nasazlıqla bağlı ola biləcəyi bildirilir. Bu, şirkətin serverlərində yerləşən saytların işində baş verən problemlərlə də təsdiqlənir. "Anti-Malware" və "Wylsa.com" resursları da nasazlıq barədə məlumat verib.

Şikayətlər Moskva, Tomsk, Pskov, Belqorod və Moskva vilayəti də daxil olmaqla müxtəlif regionlardan daxil olur.

Oxşar xəbərlər

Yataqxanada yaşayanlar Şuşakənd və Təzəbinə kəndlərinə köçürüldü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər