"Üstünə çox faiz gəlirlər" - Gecikən kreditlər üçün cərimələr nə qədərdir?
Sakinlər kredit ödənişlərinin gecikdirilməsinə görə tətbiq olunan cərimələrin yüksək olduğunu bildirirlər. Belə iddialara sosial şəbəkələrdə də rast gəlmək olur.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin oktyabrın 1-dək ölkədə vaxtı keçmiş kreditlərin məbləği 528 milyon manatı ötüb.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
Vətəndaşlardan biri yaşadığı vəziyyəti belə izah edib: "2-3 minlik televizor almışdım. Gecikmə olduğu üçün 5 min manat ödətdirdilər. Üstünə çox faiz gəlmişdilər".
Bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, cərimə məbləği müqavilədə nəzərdə tutulan faiz dərəcəsinə uyğun hesablanır: "Ola bilər ki, müqavilədə cərimə məbləğinin hesablanması barədə faiz dərəcəsi nəzərdə tutulmasın. Bu zaman qanunvericiliyə görə, Mərkəzi Bankın uçot dərəcəsinə 2 faiz əlavə olunur və həmin məbləğ 180 gün müddətində hesablanır".
Mülki Məcəlləyə görə, borclu gecikdirmə nəticəsində vurduğu zərər və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır. Bu baxımdan ödənişin gecikdirilməsinə görə borcverənə dəyən zərər qeyd edilən faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissənin əvəzini ödəməyi məhkəmə qaydasında və ya onunla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Problemli kreditlərdən necə xilas ola bilərik?
"Cərimələrin məbləği artırılmalıdır" - Şadlıq sarayları və restoranlarda monitorinqlərə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda binada yanğın başlayıb
-
Sosial şəbəkələrdə fahişəliklə məşğul olmağa görə cərimələr müəyyən edilir
-
"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
-
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
Məşhur aktrisa övladının 40-ı çıxmadan ərindən boşandı
-
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var













