İran Prezidenti Trampa məktub göndərdi, ABŞ lideri dərhal reaksiya verdi
Far.Az xəbər saytı

İran Prezidenti Trampa məktub göndərdi, ABŞ lideri dərhal reaksiya verdi


İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampa məktub göndərib.

Far.Az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin keçmiş üzvü Mustafa Kəvakebian məlumat verib.

Onun sözlərinə görə, məktubun göndərilməsi üçün İranın ali rəhbəri Əli Xameneidən icazə alınıb və məktubun daşıyıcısı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olub.

Məktubun məzmununun dialoqa çağırış olduğunu deyən Kəvakebian qeyd edib ki, burada İranın kapitulyasiyaya əsaslanan danışıqları qəbul etmədiyi və buna görə də iki tərəfin bərabər şəraitdə, qarşılıqlı müzakirələrə başlamağa hazır olduğu göstərilib.

Sabiq deputat əlavə edib ki, məktubun göndərilməsi artıq öz təsirini göstərib və Tramp dərhal bildirib ki, ABŞ danışıqlar aparmağı nəzərdə tutur.

"Bu, bizim müharibə niyyətində olmadığımızı və sülh üçün dialoq imkanlarını açıq saxladığımıza işarədir", - deyə sabiq millət vəkili vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər