AZAL "Leonardo" radar sistemlərinin alınmasına dair müqavilə imzalayıb
"Azərbaycan Hava Yolları" QSC "Dubai Airshow 2025" çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından növbəti mərhələyə keçid edib.
BAKU.WS xəbər verir ki, AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı "Leonardo" ilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə imzalayıb.
2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernizasiyasına möhkəm baza formalaşdırıb.
Yeni nəsil METEOR 735 C-Band radar sistemi:
· Dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir;
· 200 km-lik müşahidə diapazonu, maqnetron tipli ötürücü və yüksək rezolyusiyalı "3D/WEB" vizuallaşdırma platforması atmosfer proseslərinin dəqiq təhlilini təmin edir;
· Doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativ qərarverməni gücləndirir.
Bu radar sistemləri hava limanlarında enmə və qalxma əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların təhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.
Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Uçuş Təhlükəsizliyi Fondunun (Flight Safety Foundation – FSF) strateji tərəfdaşları sırasına qoşularaq Fondun ən yüksək üzvlük səviyyələrindən biri olan "Benefactor Member" statusunu əldə edib.
FSF-in proqramlarında tamhüquqlu iştirak AZAL üçün:
· Bilik və təcrübə mübadiləsi;
· Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;
· Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;
· Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;
· Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasda səmərəliliyin artırılmasına xidmət edən strateji imkanlar yaradır.
"Benefactor Member" statusu Fondun əsas təşəbbüslərini dəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarının formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur. Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcı aviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasında xüsusi yer tutur.
Bu təşəbbüslər "Azərbaycan Hava Yolları" QSC-nin uçuşların təhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş modernizasiyasını sürətləndirir.
Oxşar xəbərlər
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub
-
"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
-
Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib
-
Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ
-
Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
-
Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb













