Rövzət Qasımov: Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb
Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb.
"Far.Az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, görüntülər 25 seçki dairəsindən 49 məntəqəni əhatə edib.
MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, həmin görüntülərin izlənməsi bir gün çəkəcək: "Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik".
Sədr qeyd edib ki, MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək: "Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq".
M.Pənahov əlavə edib ki, məntəqələrdən görüntüləri araşdırmaq MSK üzvləri Hüseyn Paşayev, Qabil Orucov, Fuad Cavadov və Baxşeyiş Əsgərova həvalə olunub: "Ümumilikdə isə hər kəsin prosesdə iştirakı nəzərdə tutulub".
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Məzahir Pənahov: DSK-ların qərarlarından şikayətlərin MSK-ya təqdim edilməsi vaxtı bitib
Rövzət Qasımov: Namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair MSK-ya heç bir müraciət daxil olmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













