Qurban Qurbanov: "Napoli"yə qarşı cəsarətli oyun nümayiş etdirdik
"Rəqibi qələbə münasibətilə təbrik edirəm".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada "Napoli"yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətə baxmayaraq, komandasının layiqli mübarizə apardığını bildirib: "Futbolçular çəkinmədən çıxış etdilər. Sonadək cəsarətli oyun göstərdilər. Rəqibimiz böyük komandadır. Yenə təkrar edirəm, bu cür turnirdə oynayırıq, bütün matçlardan həzz almalıyıq".
Baş məşqçi birinci qoldan əvvəl edilən əvəzetmələrin oyuna təsir etdiyini söyləyib: "Hər şey plana uyğun gedirdi. Beşli müdafiədən dördlü müdafiəyə keçdiyimiz zaman 8-10 dəqiqə ərzində oyunu itirdik. Bu da matçın taleyinə təsir etdi. "Napoli" son iki görüşdə beşli müdafiədə oynayırdı. Rəqibin təcrübəli futbolçuları fərq yaratdılar".
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













