Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Far.Az"a verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.
Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü - YENİLƏNİB
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2
Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













