Fidan: Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə hazırdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri yazıb.
O, Moskva və Kiyevin sülh sazişinin əldə edilməsinə marağının artdığını qeyd edib. Nazirin sözlərinə görə, müharibə zamanı tərəflər öz imkanlarının sərhədlərini görüblər: "Anladığımız kimi, cənab Putin də müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh sazişi ilə razılaşmağa hazırdır".
Nazir əlavə edib ki, Rusiyanın sülhə hazır olması Ukraynaya çatdırılıb: "Biz bu məsələnin bəzi aspektləri ilə də məşğuluq. Bu müharibə Rusiya üçün də çox baha başa gəlir".
Fidan hər bir ölkənin öz milli təhlükəsizliyini qorumaq hüququ və öhdəliyinə malik olduğunu vurğulayaraq, hazırda müzakirə olunan sülh müqaviləsinin yalnız Ukraynadakı müharibənin sona çatması üçün deyil, həm də bütün Avropa üçün davamlı sabitliyin təmin edilməsi məqsədilə vacib olduğunu bildirib:
"Sülhün nə qədər davamlı ola biləcəyini zaman göstərəcək. Lakin Rusiya da iqtisadi və sosial cəhətdən əziyyət çəkir və razılaşmadan faydalanacaq".
Oxşar xəbərlər
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













