ABŞ və Suriya qüvvələrindən birgə əməliyyat – Terror təşkilatına ağır zərbə vuruldu
Far.Az xəbər saytı

ABŞ və Suriya qüvvələrindən birgə əməliyyat – Terror təşkilatına ağır zərbə vuruldu


ABŞ və Suriya qüvvələri terror təşkilatı DEAŞ-ın Suriyadakı silah anbarlarına qarşı genişmiqyaslı birgə əməliyyat keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, noyabrın 24–27-si tarixlərində Suriya daxilində DEAŞ-a məxsus silah-sursat anbarlarının yerləşdiyi 15-dən çox nöqtə aşkar edilərək məhv edilib.

CENTCOM-un açıqlamasında bildirilib ki, əməliyyat çərçivəsində 130-dan çox minaatan mərmisi və raket, çoxlu sayda piyada tüfəngləri, pulemyotlar, tank əleyhinə minalar və əldə hazırlanmış partlayıcıların istehsalında istifadə olunan avadanlıqlar zərərsizləşdirilib. Bundan başqa, qanunsuz narkotik maddələr də ələ keçirilərək məhv olunub.

ABŞ hərbiçiləri və Suriya qüvvələri əməliyyat zamanı həm hava zərbələrindən, həm də qurudan idarə olunan partlayışlardan istifadə ediblər.

CENTCOM Komandanı admiral Bred Kuper əməliyyatı yüksək qiymətləndirərək bunları deyib:

"Bu, çox uğurlu əməliyyatdır. Məqsədimiz DEAŞ-a qarşı əldə olunan nəticələrin davamlılığını təmin etmək və təşkilatın yenidən güc toplayaraq ABŞ-yə və ya dünyanın istənilən nöqtəsinə terror ixrac etməsinin qarşısını almaqdır."

Kuper əlavə edib ki, ABŞ qüvvələri Suriya ərazisində DEAŞ qalıqlarını izləməyə və onları zərərsizləşdirməyə davam edəcək.

Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər