İnsan ölən zaman onun şüurunda nələr baş verir? - Elm adamlarından sensasiyalı açıqlama
Elmi dairələrdə Uppsala Universitetinin professoru Mariya Stremmenin sensasiyalı açıqlaması geniş müzakirələrə səbəb olub. İsveçli tədqiqatçı iddia edir ki, insan şüuru beyində yaranmır və ölüm anından sonra da yox olmur - o, "universal fon sahəsinə" qayıdır.
BAKU.WS xəbər verir ki, professor Stremme bu barədə Daily Mail-ə verdiyi müsahibədə şüurun təbiətinə dair inqilabi baxışını təqdim edib.
Onun fikrincə, şüurla beynin əlaqəsinə dair ənənəvi anlayışlar çox məhduddur. O, alternativ model irəli sürür: bizim fərdi "mən" dediyimiz şey əslində reallığın daha dərin səviyyəsinin müvəqqəti təzahür formasıdır.
"Bu, okeanın səthindəki dalğaya bənzəyir", – deyə alim izah edir. – "Dalğa yox ola bilər, amma onu yaradan su heç yerə getmir."
Professor Stremmenin sözlərinə görə, bu yanaşma ölümə yaxın təcrübələrin mahiyyətini anlamaq üçün yeni imkanlar açır. Ölüm və həyat arasında olan insanlar, beyin fəaliyyətinin zəiflədiyi anda, həmin "əsas sahəyə" daxil ola bilərlər.
Bu vəziyyətlərdə adətən mistik sayılan hadisələr - görülər, öncəgörmələr, gələcək kimi qəbul edilən təsvirlər mümkün olur.
Tədqiqatçının bildirdiyinə görə, kritik anlarda insanlar çox oxşar obrazlar gördüklərini söyləyirlər: parlaq işıq, tunellər, qanadlı varlıqlar, bağlar, qaranlıq boşluqlar və bəzən ölmüş qohumlarla görüşlər. Bu motivlər kliniki ölüm yaşamış insanların ifadələrində mütəmadi şəkildə təkrarlanır.
"Əgər şüur doğrudan da daha geniş bir sahənin tərkib hissəsidirsə, bu cür təcrübələri yalnız neyron aktivliyi ilə izah etmək mümkün deyil," – deyə Stremme qeyd edir. O, eyni zamanda vurğulayır ki, dəqiq elmi nəticələr üçün bu istiqamətdə daha çox araşdırma aparılmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













