"Formula 1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb
Far.Az xəbər saytı

"Formula 1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb


2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün "Early Bird" – erkən bilet satışına start verilib.

Far.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik Early Bird endirimi 15 dekabr tarixinədək qüvvədədir.

Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.

Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90,000 tamaşaçı ilə son doqquz ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev "Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley buraxılışı üçün bilet satışlarını ilk dəfə bu qədər erkən başlatmaqdan qürur duyduqlarını bildirib:

"İndiyədək qazanılan uğurlarımızı və sürətlə yüksələn əcnəbi azarkeş marağını nəzərə alaraq, bu erkən satış imkanını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs həm yerli, həm də xarici avtosport həvəskarlarının mövsümün ən çox gözlənilən idman tədbirlərindən biri üçün biletlərini erkən əldə etmələrinə şərait yaradır. Bu həm də Bakı yarışında təqdim olunan yüksək səviyyəli xidmətin və unudulmaz yarış təcrübəsinin bariz göstəricisidir".

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər