Valideynlər üçün səssiz təhlükə: Azyaşlıları "Mavi Balina" kimi oyunlardan necə qoruyaq?
Bir zamanların kabusu yenidən geri dönür? Söhbət "Mavi Balina"dan gedir. Bəlkə də, əslində, heç aramızdan ayrılmamışdı, sadəcə, qurbanlarını bir-bir seçirdi.
Binəqədidə baş verən son hadisə bu mövzunu yenidən aktuallaşdırıb.
Bəs hər kəsin qorxduğu "Mavi Balina" oyunu nədir və övladlarımızı ondan necə qoruya bilərik?
Psixoloq Aygül Məlikovanın sözlərinə görə, yalnız "Mavi Balina" deyil, digər onlayn oyunlar da uşaqlar üçün ciddi risk yaradır:
"Qarşı tərəfdə kimin əyləşdiyini bilmədiyimiz üçün onların uşaqları manipulyasiya etməsi mümkündür. Bu yönləndirmələr əsasən davranışlara, ailəyə qarşı münasibətə təsir edir. Uşaqlar valideynləri haqqında yanlış təsəvvürlərə düşə, özlərinə müxtəlif formalarda zərər verə bilərlər.
Əgər uşaq özünə qapanırsa, ailə üzvləri ilə ünsiyyəti azdırsa, fikirləri daha çox neqativə yönəlirsə, məsələn, "mən lazımsızam", "məni heç kim sevmir", "mən günahkaram" kimi düşüncələri varsa, valideyn bunu mütləq şəkildə ciddi siqnal kimi qəbul etməlidir".
Qeyd edək ki, sözügedən oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "F57" adlı qrupda yayılmağa başlayıb. Oyunu universitetdən qovulmuş keçmiş psixologiya tələbəsi Filip Budeykinin yazdığı güman edilir.
İddialara görə, oyun 50 təlimatdan ibarətdir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq "balina olmaq" adlanır və oyunçuya qurban olmaq əmr edilir.
Mütəxəssislər nəinki "Mavi Balina", buna oxşar mövcud digər oyunlardan uşaqları qorumaq üçün mütləq onlarla daimi söhbət aparmağı və telefonlarını, mesaj bölmələrini tez-tez nəzarətdə saxlamağı məsləhət görürlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
-
Güzəştli mənzillərlə bağlı narazılıq - SAYT DONDU
-
"Nar" inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
-
Mülayim payızdan sonra qış çox sərt keçir - Ekoloqdan XƏBƏRDARLIQ
-
Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı
-
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb













