Melaniya Tramp və İlon Mask vətəndaşlıqlarını itirə bilərlər
ABŞ-nin respublikaçı senatoru Berni Moreno tərəfindən təklif edilən və ölkədəki ikili vətəndaşlığı qadağan edən qanun layihəsi bir sıra məşhur amerikalıları əhatə edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.
Moreno təşəbbüsünü şərh edərkən bildirib ki, ABŞ vətəndaşı olmaq şərəf və imtiyazdır. Onun sözlərinə görə, əgər kimsə amerikalı olmaq istəyirsə, "ya tam, ya heç nə" prinsipinə əməl etməlidir.
Məqalədə qeyd olunur ki, qanun qüvvəyə minərsə, Sloveniya vətəndaşlığına malik olan ABŞ-nin birinci xanımı Melaniya Tramp və oğlu Berron bu vətəndaşlıqdan bir il ərzində imtina etməli olacaqlar. Tramp ailəsi ilə yanaşı, məhdudiyyətlər ABŞ, CAR və Kanada vətəndaşı olan iş adamı İlon Maska, eləcə də aktyor Tom Henks, aktrisa Mila Kunis, Pamela Anderson və digər tanınmış şəxslərə də şamil oluna bilər.
Bundan əvvəl ABŞ-də hər bir sığınacaq müraciətinin ölkədə qalmaq hüququna layiq olub-olmadığını müəyyənləşdirmək məqsədilə ayrıca yoxlanılacağı bildirilmişdi. ABŞ hakimiyyəti müraciət edənlərin məqsədlərinin hələ də aktual olub-olmadığını yoxlamaq üçün yeni nəzarət mexanizmləri yaratmağı planlaşdırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













