Bakıda sərnişin daşıyan "BakuBus"ların sayı məlum oldu - RƏSMİ
Far.Az xəbər saytı

Bakıda sərnişin daşıyan "BakuBus"ların sayı məlum oldu - RƏSMİ


Bakı şəhərində ictimai nəqliyyat sisteminin əhəmiyyəti gündən-günə artır. Xüsusilə şəhərin müxtəlif istiqamətlərini birləşdirən avtobus şəbəkəsi əhalinin gündəlik hərəkətində mühüm rol oynayır.

BAKU.WS-in məlumatına görə, son illərdə "BakuBus" şirkəti bu sahədə fəaliyyətini genişləndirmiş, yeni avtobus parkı yaratmış və mövcud avtobusların texniki vəziyyətinə diqqəti artırıb.

Lakin avtobusların sayı, işlək vəziyyətdə olan və istifadəyə yararsız olan hissəsi, eləcə də onların texniki baxış intervalı ilə bağlı dəqiq rəqəmlər maraq doğuran məsələlərdəndir. Bu göstəricilər şəhər nəqliyyatının səmərəliliyi və sərnişinlərin rahatlığı baxımından əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı "BakuBus" MMC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bilirilib ki, hazırda MMC-nin balansında 1,294 ədəd avtobus mövcuddur:

"Həmin avtobuslardan 1,181 ədədi işlək vəziyyətdədir, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsi yoxdur, qalan avtobuslar isə müxtəlif depolarda planlı təmir və texniki xidmət prosesindədir. Avtobus parkının tərkibini "BMC" markalı 735 ədəd, "Neoplan" markalı 111 ədəd, "Yutong" markalı 235 ədəd və "BYD" markalı 211 ədəd nəqliyyat vasitəsi təşkil edir.

Hazırda "BakuBus" MMC-də 2 qadın sürücü fəaliyyət göstərir və yaxın günlərdə daha 1 qadın sürücünün işə başlaması nəzərdə tutulur. Sürücülər Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işəmuzd əsaslarla fəaliyyət göstərir və aylıq əmək haqları bu əsaslarla formalaşır.

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2024-cü il tarixli 42 nömrəli Sərəncamına əsasən elektrik mühərrikli nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində "BakuBus" MMC tərəfindən mərhələli genişlənmə planlaşdırılır".

Orxan Hüseyn

Oxşar xəbərlər

Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda sərnişin daşıyan "BakuBus"ların sayı və markaları məlum oldu - RƏSMİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər