Bakıda Könüllülərin VIII Həmrəylik Forumunun mətbuat konfransı keçirilir
Far.Az xəbər saytı

Bakıda Könüllülərin VIII Həmrəylik Forumunun mətbuat konfransı keçirilir


Bakıda "Konstitusiya və Suverenlik ili" çərçivəsində Könüllülərin VIIII Həmrəylik Forumunun mətbuat konfransı baş tutub.

BAKU.WS xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin Könüllülərlə iş sektorunun müdiri Böyükxanım Babayeva və digərləri iştirak edirlər.

Artıq yeddi ildir ki, Gənclər Fondu, tərəfdaş qurumlar və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə dəstəyi ilə "Azərbaycan Könüllülük Həftəsi" həyata keçirilir.

Bu ənənənin davamı olaraq, cari ilin 4–18 dekabr tarixlərində baş tutan növbəti Könüllülük Həftəsi bu il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Konstitusiya və Suverenlik İli"nə həsr olunub.

Həftə çərçivəsində tədbirlər "Zəfər – 5 il", "Konstitusiya – 30 il", "Suveren Azərbaycan", "Milli birlik" və "Könüldən könüllü" mövzuları üzrə keçirilir.

Tədbirlərin əsas hissələrindən biri də üç mindən çox könüllünün iştirakı ilə baş tutacaq Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumudur. Forum zamanı könüllü təşkilatlarının sərgisi, ilin yekun təqdimatları və ənənəvi təltiflər də baş tutacaq.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər