Ayxan Hacızadə: 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil
Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək.
"Far.Az" xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 sentyabr tarixində “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.
O qeyd edib ki, Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
“Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında yer alan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır”, - A.Hacızadə vurğulayıb.
Oxşar xəbərlər
XİN: Azərbaycan separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə öhdəliyə malik deyil
Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir
XİN: Ermənistan Baş nazirinin normallaşma ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğurur
Ermənistan Azərbaycanla sülhdən niyə qaçır? - Nazirdən Bakının tələbinə eyham - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
-
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
-
Azərbaycana 330 min manatlıq aksiz markasız tütün məmulatının keçirilməsinin qarşısı alınıb
-
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
-
Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib
-
Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb