Bu ölkə 16 yaşdan kiçiklərə sosial şəbəkə qadağası tətbiq edir
Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə genişmiqyaslı qadağa tətbiq edən ilk ölkə olub. Qanun artıq 10 dekabr tarixindən qüvvəyə minir.
Far.Az xəbər verir ki, Meta şirkəti qanunun qüvvəyə minməsini gözləmədən yeniyetmələrin hesablarını silməyə başlayıb. Bloklama Instagram, Facebook və Threads platformalarındakı yüz minlərlə hesabı əhatə edəcək. TikTok, Snapchat və YouTube da tələbləri yerinə yetirəcəklərini təsdiqləyib.
Avstraliyanın eSafety qurumunun məlumatına görə, ölkədə 16 yaşa qədər yeniyetmələrin 96 faizinin sosial şəbəkə hesabı var. Yeni qaydalar həmin istifadəçilərə məlumatlarını saxlamağı və profillərini ya silməyi, ya da 16 yaşa çatana qədər dondurmağı təklif edir.
eSafety komissarı Culi İnman Qrant bildirib ki, əvvəllər bu yanaşmaya qarşı olub, lakin mərhələli tədbirlərin nəticə vermədiyini anlayıb:
"Sosial şəbəkələr elə mexanizmlərlə qurulub ki, onlarla bəzən böyüklər belə mübarizə aparmaqda çətinlik çəkir. Uşaqlar haqqında nə demək olar?" – deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













