Tanınmış aktyor 75 yaşında vəfat etdi
Məşhur aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
Far.Az xəbər verir ki, aktyor Santa-Barbarada insultdan sonra yaranan fəsadlar səbəbilə həyatını itirib.
Taqava Yaponiyada doğulsa da, uşaqlıq illərində anasının aktyorluq karyerası naminə ailəni tərk etməsi səbəbilə ABŞ-yə köçmüşdü. Kinoya qədər o, fotomüxbir, sürücü və pizza çatdırıcısı kimi işləyib. Onun kino debütü yalnız 36 yaşında baş tutub. O, müsahibələrində deyirdi ki, Hollivudda görünüşü səbəbindən əsasən cani və sehrbaz rollarına çəkilirdi, halbuki özü daha müxtəlif və dərin obrazlara can atırdı.
Taqava xüsusən "Mortal Kombat" franşizasındakı Şanq Tsunq rolu ilə dünya şöhrəti qazanıb. O, həmçinin "Son imperator", "Qeyşa xatirələri" və "Hündür qaladakı adam" kimi layihələrdə də yaddaqalan obrazlar yaradıb.
2015-ci ildə Taqava Rusiyanın "İerey-san" filmində çəkilib və Yapon Pravoslav Kilsəsinin, keçmişdə yakuza ilə əlaqəsi olan keşiş obrazını canlandırıb. Aktyor Taqava xaç suyuna çəkildikdən bir il sonra Rusiya vətəndaşlığı da almışdı.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Ayrılan pulun heç 25 faizi gəlib studiyaya çatmır" - Maliyyələşmə müzakirələri kino sahəsində hansı problemləri üzə çıxardı?
3 məşhur aktyor "Kral Kaybederse"ni TƏRK ETDİ
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













