Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb
Far.Az xəbər saytı

Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb


Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin (GCSP) Vasitəçilik və Sülhə Dəstək Qrupunun direktoru Pol Dziatkoviç ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüş zamanı mərkəzin regionda postmünaqişə-sülh quruculuğu fəaliyyətinə verə biləcək dəstək mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında son iki ildə mərkəzin dəstəyi ilə Azərbaycan və Ermənistan beyin mərkəzləri və vətəndaş cəmiyyəti nümayandələrinin iştirakı ilə aparılan humanitar dialoq yüksək qiymətləndirilib.

Həmçinin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə tədbirlərdə iştirakı və qarşılıqlı səfərləri, iqtisadi ekspertlərin birgə hazırladığı sülhün iqtisadi üstünlüklərinə dair hesabatlar Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanmasında əhəmiyyəti və bu fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov, həmçinin Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsində akreditə olunmuş jurnalistlər üçün mətbuat brifinqi keçirib.

Brifinq zamanı Prezidentin nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesinin indiki durumu və perspektivləri, regionda sülhün və inkişafının möhkəmləndirilməsi istiqamətində Azərbayacan tərəfindən atılan addımlar, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndiriləmisən yönələn dialoq, Azərbaycanın üzləşdiyi mina problemi və işğal zamanı dağıdılmış mədəni irsimiz, Orta Dəhlizinin genişləndirilməsi üçün Cənubi Qafqazda nəqliyyat bağlantılarının açılmasının əhəmiyyəti kimi məsələlərə dair jurnalistlərinin çoxsaylı suallarını cavablandırıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər