BDU-nun dosenti vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov vəfat edib.
Far.Az xəbər verir ki, Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub. 1991-ci ildə Xaçmaz şəhər 45 saylı dəmiryol məktəbini bitirib. 1985-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin əyani şöbəsinin Azərbaycan bölməsində təhsil alıb. 2006-cı ildə "XIX əsrin birinci otuzilliyində İran-Rusiya münasibətləri İran tarixşünaslığında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
O, 1990-cı ildə Asiya və Afrika ölkələri tarixi kafedrasına baş laborant vəzifəsinə təyin edilib. 1992-ci ildə həmin kafedrada müəllim, 1995-ci ildə baş müəllim vəzifəsinə seçilib. İndiyədək kafedranın dosenti kimi fəaliyyət göstərib.
Qismət Davudovun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.
BDU rəhbərliyi və kollektivi dosent Qismət Davudovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir













