Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib
Far.Az xəbər saytı

Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib


Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) baş müfəttişi Karsten Broyer NATO Hərbi Komitəsinin yeni rəhbəri seçilib və 2027-ci ilin yayının əvvəlində vəzifəsinin icrasına başlayacaq.

"Report" xəbər verir ki, bu barədə italiyalı admiral və komitənin hazırkı rəhbəri Cüzeppe Kavo Draqone "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, NATO-nun 32 ölkəsinin hərbi rəhbərlərinin iştirak etdiyi səsvermə Kopenhagendə keçirilən görüşdə baş tutub.

"Sizin sağlam düşüncəniz, bu alyansı dərindən bilməyiniz və Almaniya Silahlı Qüvvələrinə rəhbərliyiniz NATO-nun xeyrinə olacaq. Baş qərargah rəisləri avroatlantik təhlükəsizlik üçün çətin bir məqamda sizə etimad göstərdilər", - Draqone 61 yaşlı Broyeri təbrik edərək yazıb.

Almaniya Quru Qoşunlarının hazırkı komandanı general-leytenant Kristian Froydinqin ilin sonunadək baş müfəttiş postunda Broyeri əvəz edəcəyi gözlənilir.

Qeyd edək ki, Hərbi Komitə NATO-nun ali hərbi orqanıdır, onun sədri isə baş katibin baş hərbi məsləhətçisidir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp onilliklər boyu davam edən Amerika liderliyindən sonra Avropa ölkələrinin qitənin müdafiəsinə görə əsas məsuliyyəti öz üzərlərinə götürmələrini tələb etmişdi.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər