Azərbaycanda səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam verilib
"Dərsliklərin məzmunu nə qədər keyfiyyətli olsa da, əsas müəllimdir".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
O bildirib ki, müəllimlər şagirdlərə dərsi düzgün şəkildə tədris etməlidirlər:
"Sertifikatlaşdırma prosesində səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam vermişik. Bunlardan 4 500-5 000 nəfəri ibtidai sinif, 1 000 nəfəri isə Azərbaycan dili müəllimi olub. Müəllimin səriştəli olması minimal şərtdir. Bünövrə düzgün olmasa, problemlər yaranır. Şagirdlərin öyrənmə keyfiyyətini tədqiq edən araşdırmalar yoxdur və bu da problem yaradır. Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb. Buna görə də dərsliklərin yazılmasında çətinlik var. Şübhəsiz, bu, gələcəkdə tədris edən şəxsin bilik və bacarıqlarının üstünlüyünü ifadə edir. Yanaşmamız ondan ibarətdir ki, dillə bağlı tədqiqatlara əsaslanan müzakirə olsun. Dil duyumu dildən istifadə, dil vasitəsilə özünü inkişaf etdirir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Müəllimlərlə bağlı təklif olunan modelin həm üstünlükləri, həm də çətinlikləri var
"Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













