Azərbaycan "Nvidia" ilə strateji sahələrdə texnologiyaların tətbiqi üzrə birgə təşəbbüsləri nəzərdən keçirib
Far.Az xəbər saytı

Azərbaycan "Nvidia" ilə strateji sahələrdə texnologiyaların tətbiqi üzrə birgə təşəbbüsləri nəzərdən keçirib


Azərbaycan "Nvidia" şirkəti ilə strateji sahələrdə texnologiyaların tətbiqi üzrə birgə təşəbbüsləri müzakirə edib.

"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində "Nvidia" şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşdə olub.

Görüş zamanı Azərbaycan və "Nvidia" arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanlar müzakirə edilib.

"Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və "Nvidia" texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq", - deyə nazir vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər