WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Far.Az xəbər saytı

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib


Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu həftənin əvvəlində Dövlət Departamenti 70-dən çox ölkəyə stabilləşdirmə qüvvələrinə hərbi və ya maliyyə yardımı üçün rəsmi sorğu göndərib.

"WSJ"nin məlumatına görə, Vaşinqton İtaliya və Fransa kimi yaxın müttəfiqlərlə, eləcə də Malta və Salvador da daxil olmaqla daha kiçik ölkələrlə əlaqə saxlayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, Yaxın Şərq ölkələri Qəzzada sülhməramlı səyləri maliyyələşdirmək üçün artıq ABŞ ilə danışıqlar aparır. Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, 19 ölkə öz qoşunlarını göndərməkdə və ya başqa dəstək verməkdə maraqlı olduğunu bildirib.

Bununla belə, "The Wall Street Journal"ın qeyd etdiyi kimi, sabitləşdirmə qüvvələrinin mandatının Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarını tərksilah etmək üçün genişləndirilməsi riski olduğu üçün hələlik heç bir xarici dövlət öhdəlik götürməyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər