Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər
Far.Az xəbər saytı

Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər


Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər.

"Far.Az" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib.

"Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"ə bildirib.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 123 məhkumu əfv edib.

Minskdə iki gün ərzində Lukaşenko və Koul arasında ikitərəfli münasibətlərin normallaşma məsələləri müzakirə olunub. Danışıqlar bağlı qapı arxasında keçirilib.

Dekabrın 13-də Koul bəyan edib ki, Vaşinqton Prezident Donald Trampın qərarı ilə Belarusun kaliumuna tətbiq olunan sanksiyaları aradan qaldırıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər