ABŞ-də universitetdə silahlı insident: iki nəfər ölüb, doqquz yaralı var
Far.Az xəbər saytı

ABŞ-də universitetdə silahlı insident: iki nəfər ölüb, doqquz yaralı var


ABŞ-nin Rod-Aylend ştatında yerləşən Providens şəhərində Braun Universitetinin kampusunda baş verən silahlı insident faciə ilə nəticələnib.

Far.Az xəbər verir ki, atışma nəticəsində azı iki nəfər həyatını itirib, daha doqquz nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şəhərin meri Brett Smayli mətbuat konfransında hadisə zamanı iki nəfərin öldüyünü rəsmən təsdiqləyib. Onun sözlərinə görə, yaralananların bir neçəsinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisənin motivləri və silahlı insidentin dəqiq səbəbləri hələlik açıqlanmır. Braun Universitetinin kampusunda təhlükəsizlik tədbirləri gücləndirilib, istintaq davam edir.

Oxşar xəbərlər

ABŞ-də universitetdə baş verən atışmada iki nəfər ölüb - Yenilənib
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər