"Sumqayıt"ın məşqçisi: "Ehtiyatda olan futbolçular meydana girəndən sonra oyun istədiyimiz kimi getdi"
Far.Az xəbər saytı

"Sumqayıt"ın məşqçisi: "Ehtiyatda olan futbolçular meydana girəndən sonra oyun istədiyimiz kimi getdi"


Ehtiyatda olan futbolçular meydana daxil olduqdan sonra "Sumqayıt"ın oyununda dönüş yaranıb.

"Far.Az"un məlumatına görə, bu barədə adı çəkilən klubun məşqçisi Şahin Abdullayev mətbuat konfransında açıqlama verib.

Mütəxəssis Misli Premyer Liqasının XV turunda "Neftçi" ilə 2:2 hesablı bərabərə qaldıqları matçla bağlı fikirlərini bölüşüb:

"Düşünürdük ki, "Neftçi"də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxladıq. Həmin futbolçular meydana girəndən sonra oyun istədiyimiz kimi getdi. Birinci hissədə çox top itirirdik. Əsas problemlərimizdən biri o idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar. Bu, bizim oyun tərzimiz deyil. Baş məşqçi Saşa İliç fasilədə tapşırdı ki, bir az top saxlayaq, oyunu sakitləşdirək".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
"Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub - YENİLƏNİB - 5
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
"Neftçi" - "Qarabağ" oyununda hesab açılıb - YENİLƏNİB - 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər