Deputat: "Elektron siqaretlərin istifadəsi nəzarət mexanizmlərinə daxil edilməlidir"
Azərbaycanda elektron siqaretlərin istifadəsi də nəzarət mexanizmlərinə daxil edilməlidir.
"Far.Az" xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında bildirib.
"Təəssüf ki, gənclər arasında elektron siqaret istifadəçilərinin sayı kəskin artmaqdadır. Bu məhsulların 50 il sonra insan sağlamlığına hansı fəsadlar törədəcəyi məlum deyil. Bu baxımdan yaş məhdudiyyətinin bir daha nəzərdən keçirilməsi, elektron siqaretlərin, istər nikotinli, istər nikotinsiz siqaretlərin satışının ciddi şəkildə nəzarətdə saxlanılması olduqca vacibdir. Bununla yanaşı, ictimai iaşə yerlərində - kafe və restoranlarda tütün məmulatlarından istifadəyə ciddi nəzarət olunmalıdır. Təəssüf ki, bəzi hallarda mövcud tələblərə əməl edilmədiyini müşahidə edirik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













