Azərbaycan İsraillə prioritet istiqamətlər üzrə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan İsraillə prioritet istiqamətlər üzrə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycan və İsrail mövcud potensialdan səmərəli istifadə edərək iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarovun İsrailin Maliyyə Nazirliyində nazir, birgə komissiyanın həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qeyd olunub.

Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanları vurğulanıb. Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının IV iclasında qeyd edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər