Valideynlər üçün bunu eşitmək çox ağır ola bilər
Far.Az xəbər saytı

Valideynlər üçün bunu eşitmək çox ağır ola bilər


"Edvards sindromu – 18-ci xromosomun bir ədəd artıq olması ilə yaranan genetik bir pozuntudur".

Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu vəziyyət hamiləlik dövründən başlayaraq körpənin inkişafına ciddi təsir edir və çox nadir rast gəlinir.

"Adətən körpələrdə bədən çəkisi az olur, əlləri yumulu vəziyyətdə saxlayırlar, barmaqlar üst-üstə gəlir və daxili orqanlarla bağlı müxtəlif çətinliklər müşahidə oluna bilər".

Valideynlər üçün bunu eşitmək çox ağır ola bilər

Ekspertin sözlərinə görə, bu sindromun ən çətin tərəfi ondadır ki, uşağın bir çox sistemi eyni anda təsirlənir:

"Ürək qüsurları, tənəffüs problemləri, əzələ zəifliyi və qidalanma çətinlikləri kimi hallar olur. Lakin bu vəziyyətin heç bir şəkildə valideynin davranışı ilə əlaqəsi yoxdur. Edvards sindromu genetik, təsadüfi şəkildə baş verən bir prosesdir və heç kim bunu öncədən qarşısını ala bilmir.

Valideynlər üçün bu diaqnozu eşitmək çox ağır ola bilər. Bu səbəbdən həm tibbi dəstək, həm də emosional dəstək çox vacibdir. Hər körpə bu sindromu fərqli yaşayır – bəziləri daha ağır formada olur, bəziləri isə daha yüngül əlamətlərlə irəliləyə bilir. Əsas olan odur ki, hər bir uşaq sevgi, qayğı və anlayışla yanaşılmağa layiqdir".

Fatimə Məmmədova deyir ki, həkim nəzarəti, mütəmadi müayinələr və valideyn–mütəxəssis əməkdaşlığı bu sindromda uşağın həyat keyfiyyətini artırmağa kömək edə bilər:

"Unutmaq olmaz ki, valideynlərin hissləri - narahatlıq, qorxu, sevgi, ümid - hamısı çox təbiidir və hər biri dəyərlidir".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər