Azərbaycanda vençur maliyyələşməsi üzrə qanunvericilik təkmilləşdirilir
Far.Az xəbər saytı

Azərbaycanda vençur maliyyələşməsi üzrə qanunvericilik təkmilləşdirilir


Bu il ərzində Azərbaycanda dörd innovasiya mərkəzi açılıb.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli qurumun təşkilatçılığı ilə keçirilən "IDDA Awards" müsabiqəsinin mükafatlandırma tədbirində deyib.

O bildirib ki, bunlar Naxçıvan və Gəncədə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə yaradılmış mərkəzlərdir və "Anderson Lab" innovasiya mərkəzidir:

"Eyni zamanda milli vençur maliyyələşməsi üzrə hüquqi çərçivənin formalaşdırılması məqsədilə müvafiq qurumlarla bir sıra işlər aparılıb. Hazırda bu sahədə qanunvericiliyə müəyyən təkmilləşdirmələrin edilməsi nəzərdə tutulur".

Bununla yanaşı, 5 universitetdə 4 hakaton, 6 inkubasiya və 2 digər innovasiya proqramı həyata keçirilib. Eyni zamanda Agentlik ilə ABŞ-nin "Plug & Play" innovasiya platforması arasında əməkdaşlığa start verilib.

"İstedadların inkişafı istiqamətində də bir sıra fəaliyyətlər həyata keçirilib. Eyni zamanda "Global Innovation Institute" tərəfindən 38 mütəxəssis 45 beynəlxalq sertifikat əldə edib, 8 qurum isə beynəlxalq akkreditasiyadan keçib. 62 akademik sahibkarlıq üzrə müəllim və mentor hazırlığı proqramını tamamlayıb".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Taleh Kərimli: "Bu il vençur fondları startaplara 760 min dollar investisiya ayırıb"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər