Amazon Web Services Azərbaycanda
Far.Az xəbər saytı

Amazon Web Services Azərbaycanda


Azercell qlobal texnologiya lideri ilə strateji tərəfdaşlığını genişləndirir

Azercell dünyanın ən böyük bulud infrastrukturu və rəqəmsal texnologiyalar təminatçılarından biri olan Amazon Web Services (AWS) ilə strateji tərəfdaşlığını genişləndirir. Əməkdaşlığın yeni mərhələsində lider mobil operator ölkədə qabaqcıl infrastruktur həllərinin tətbiqini və texnoloji imkanların artırılmasını hədəfləyir.

Tərəfdaşlıq çərçivəsində korporativ müştərilər üçün xüsusi əhəmiyyət daşıyan hibrid bulud infrastrukturu, GPU texnologiyaları, Əşyaların İnterneti (IoT) üzrə analitika, süni intellekt, real vaxt rejimində interaktiv tətbiqlər (real-time gaming) və kənar hesablama (edge computing) kimi istiqamətlərin inkişafına xüsusi yer verilir. Bu həllərin lokal infrastrukturla inteqrasiyası xidmətlərin çevikliyini yüksəldərək, onların artan tələblərə asanlıqla uyğunlaşmasını təmin edir. Bununla bərabər sözügedən inteqrasiya məlumat suverenliyi (data sovereignty) prinsiplərinin tətbiqini daha etibarlı səviyyəyə yüksəldir.

AWS ilə əməkdaşlıq biznesin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı innovativ xidmətlərin tətbiqini genişləndirir və şirkətlərin texnoloji hazırlığını gücləndirir. Eyni zamanda, bu tərəfdaşlıq ölkədə startap ekosisteminin inkişafı və yüksək texnologiyalı layihələrin reallaşdırılması üçün əlverişli şərait yaradır.

Amazon Web Services ilə qurulan bu strateji əməkdaşlıq milli rəqəmsal infrastrukturun gücləndirilməsinə xidmət edir. Azercell bu kimi beynəlxalq təcrübə və innovativ həllər əsasında biznes sektoru üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına da töhfə verməyi hədəfləyir.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər