Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib
Far.Az xəbər saytı

Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib


Böyük Britaniya ilk dəfə pilotsuz sualtı qurğudan ağır torpedonun buraxılışını həyata keçirib.

"Far.Az" "The i Paper" nəşrinə istinadən xəbər verir ki, sınaq buraxılışı ötən həftə 12 metrlik "Excalibur" pilotsuz sualtı qurğusundan baş tutub.

Nəşrin məlumatına görə, sututumu təxminən 19 ton olan qurğu min dəniz milinədək məsafə qət edə və suyun altında beş sutkayadək avtonom şəkildə qala bilir.

Buraxılan torpedonun xüsusiyyətləri qeyd olunmayıb. O, ABŞ və Avstraliya tərəfindən hazırlanıb və gəmilərin, eləcə də sualtı qayıqların məhv edilməsi üçün nəzərdə tutulub.

Sınaq buraxılışını Böyük Britaniya və ABŞ həyata keçirib. "The i Paper" qeyd edir ki, bu həmin ölkələrdən birinin torpedonu idarəolunan sualtı qayıqdan deyil, pilotsuz sualtı qurğudan buraxdığı ilk haldır.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər