Azərbaycanda "Balıqçılıq haqqında" yeni qanun qəbul olunacaq
Far.Az xəbər saytı

Azərbaycanda "Balıqçılıq haqqında" yeni qanun qəbul olunacaq


Kənd Təsərrüfatı Nazirliyi "Balıqçılıq haqqında" yeni qanunun layihəsini hazırlayıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"Bu addım balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinin hüquqi və inzibati baxımdan sadələşdirilməsinə, mövcud prosedurların optimallaşdırılmasına və tətbiq olunan mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir. Yeni tənzimləmələr subyektlər üçün şəffaf, optimal və səmərəli fəaliyyət mühiti formalaşdırmaqla, istehsal proseslərinin təşkili və genişləndirilməsinə, eləcə də dövlət dəstəyi alətlərindən daha effektiv istifadə etməsinə imkan yaradacaq. Qanun layihəsinin hazırlanması prosesində balıqçılıq və akvakultura sahəsində qabaqcıl xarici təcrübə ətraflı şəkildə araşdırılıb və təhlil edilib. Beynəlxalq praktika, balıqçılığa ekosistem yanaşması və digər müasir yanaşmalar milli qanunvericilik sisteminə uyğunlaşdırılaraq layihədə əks etdirilib", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Balıqçılıq və Akvakultura Mərkəzinin beynəlxalq və yerli fəaliyyəti məlum olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər