ABŞ “Patriot” HHM sistemlərinin sayını artıracaq
Far.Az xəbər saytı

ABŞ “Patriot” HHM sistemlərinin sayını artıracaq


ABŞ Silahlı Qüvvələri “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin Ukrayna və Yaxın Şərqə tədarükünü nəzərə alaraq bu sistemlərin batareyalarının sayını artıracaq.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Quru Qoşunları üzrə ordu katibi Kristin Uormut “Stimson Washington” analitik mərkəzində çıxışı zamanı bildirib.

“Ukrayna məlum səbəblərə görə daha çox “Patriot” istəyir. Biz Yaxın Şərqdəki qüvvələrimizi qorumaq üçün də “Patriot”dan istifadə edirik. Odur ki yaxın bir neçə ildə ABŞ ordusuna əlavə “Patriot” batareyaları əlavə ediləcək”, - o deyib.

Uormut etiraf edib ki, ABŞ Silahlı Qüvvələri hazırda məhdud sayda “Patriot” sistemlərinə malikdir, lakin eyni zamanda onların ordudakı mövcudluqları artmaqdadır.

Bundan əlavə, Pentaqon nümayəndəsinin sözlərinə görə, ABŞ Silahlı Qüvvələri bütövlükdə hava hücumundan müdafiə qüvvələrini artırır, o cümlədən PUA-larla mübarizə aparmaq üçün batareyalar yaradır.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər